Türkiyə Super Liqasının 22-ci turunda "Trabzonspor" üzərində 3:2 hesablı qələbə qazanan "Fənərbağça"nın ardıcıl 19 oyundur ki, çempionatında uduzmur.
"OptaCan" portalının məlumatına görə, baş məşqçi Domeniko Tedeskonun rəhbərliyi altında mübarizə aparan "sarı-göylər" 1964/1965 mövsümündə qeydə alınan rekordlarını təkrarlayıblar.
Tedeskolu "Fənər" bu qarşılaşmalarda 13-də qələbə, 6-da heç-heçəyə nail olub.
Qeyd edək ki, hazırda 52 xalla Super Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşan "Fənərbağça" əzəli rəqibi "Qalatasaray"dan 3 xal geri qalır.
Fanat.Az