EN

Bu qalmaqala görə mətbuat konfransını boykot etdi

“Yuventus”un baş məşqçisi Luçano Spalletti A Seriyasının 25-ci turunda “İnter” ə qarşı oyundan (2-3) sonra keçirilən mətbuat konfransını boykot edib.

Publika.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

Pyer Kalulu iki sarı vərəqə alaraq meydandan qovulduqdan sonra “Yuventus” ilk hissədə on nəfərlə qalıb. Müdafiəçi Alessandro Bastoninin simulyasiyasından sonra ikinci sarı vərəqə alıb.

Fasilə zamanı “Yuventus” nümayəndələri ilə hakimlər briqadası arasında qarşıdurma yarandı: tunelə aparan pilləkənlərdə Turin klubunun baş məşqçisi hakim Federiko La Pennaya irad bildirib.

Chosen
11
3
publika.az

4Sources