EN

"Brentford"un "vuran ayağ"ı 2 İngiltərə nəhənginin hədəfində

"Brentford"un hücumçusu İqor Tyaqo iki İngiltərə nəhənginin transfer siyahısını düşüb.

Fanat.Az "Sports Boom"a istinadən xəbər verir ki, onu "Arsenal" və "Mançester Yunayted" istəyir.

Sözügedən klublar 24 yaşlı forvard üçün yay transfer dönəmində təklif göndərməyi planlaşdırırlar.

"Brentford" 71 milyon funt sterlinqdən (81,6 milyon avro) çox təklif alacağı halda, braziliyalı oyunçunu satmağa hazırdır.

Xatırladaq ki, fevralın 13-də klubu ilə 5+1 illik müqavilə bağlayan Tyaqo 17 qolla Premyer Liqanın bombardirlər siyahısında ikinci pillədə qərarlaşıb. Siyahıya 22 qolla "Mançester Siti"nin norveçli forvardı Erlinq Holann başçılıq edir.

Chosen
85
fanat.az

1Sources