EN

O, “Neftçi”dən ayrılmamasının səbəbini “Sportinfo”dan GİZLƏTMƏDİ!

2026-cı ildə ilk oyuna çıxan “Neftçi”nin futbolçusu Elvin Camalov Sportinfo.az-a müsahibə verib.

Qış fasiləsində “ağ-qaralar”ı tərk etməsi gözlənilən təcrübəli yarımmüdafiəçi müxtəlif sualları cavablandırıb.

- Premyer Liqanın ötən turunda “Qəbələ” üzərində çətinliklə də olsa, qələbə qazana bildiz.
- İki fərqli hissə oldu. İlk yarıda üstünlüyə sahib idik, hətta qol da vurduq. Fasilədən sonra “Qəbələ”nin də qol şansları oldu. Önəmli olan 3 xal idi ki, layiqli mübarizə aparmaqla istəyimizə çatdıq.

- “Qəbələ”dən fərqli, “Neftçi” kubok oyunu keçirməmişdi. Belədə, rəqibin fasilədən sonra üstünlüyə yiyələnməsinin səbəbi nə idi?

- Bəlkə də bu, ilk 45 dəqiqədə daha çox güc sərf etməyimizlə bağlı idi. Ola bilsin, ikinci yarıda güc baxımından bir az “axsadıq”. 10 nəfərlə qalmağımıza baxmayaraq, qələbə hesabını qorumaqla vacib 3 xal qazandıq.

- “Neftçi” son 5 oyunda aktivinə 11 xal yazaraq avrokubok zonasına yaxınlaşıb. Komandanın özünə gəldiyini deyə bilərik?

- “Qəbələ” və “Kəpəz”lə matçlarda qazanılacaq qələbələr yarışa qoşulmaq üçün çox vacibdir. İnşallah, “Kəpəz”lə oyunda növbəti 3 xalı əldə etmək üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz avrokubok iddiamızı göstərmək və sona qədər mübarizə aparmaqdır.

- Qış fasiləsində “Neftçi”ni “Qəbələ”yə dəyişəcəyin deyilsə də, alınmadı. Ayrılıqda özün maraqlı olmadın, yoxsa Yuri Vernidub buraxmadı?

- Hər bir futbolçunun arzusu “Neftçi” kimi komandada oynamaqdır. Reallıq var ki, burada özümü xoşbəxt hiss edirəm. Yeni gələndə daha çox oynayırdım. Sson vaxtlar az şans qazanıram. Yəqin, bu cür xəbərlərin yayılması az oynadığıma görədir.”Neftçi”ylə mövsümün sonuna qədər müqaviləm var. Özümü yaxşı tərəfdən göstərməyə çalışacam ki, “Neftçi”də qalım.

- Deməli, “Qəbələ”yə keçməkdə özün maraqlı olmamısan.

- Bəli, “Neftçi”də qalmağı özüm istədim.

HƏBİB

Chosen
18
sportinfo.az

1Sources