EN

Bir söz deyə bilməyəcəm, çünki həmin qərarı başa düşmək olmur Şəfa nın baş məşqçisi ləğv edilmiş penalti haqda

ain.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli Sportal.az saytına açıqlama verib. O, komandasının I Liqanın 14-cü turunun "Səbail"ə(0:0) qarşı keçirilmiş görüşdəki performansını dəyərləndirib:

"Oyun heç də asan keçmədi. Əslində, belə olacağı da gözlənilirdi. Çünki iki iddialı komandanın qarşılaşması idi. Səfərdə oynasaq da, topa və oyuna nəzarət bizdə oldu. Qol epizodları yaratdıq, lakin fürsətləri reallaşdıra bilmədik. "Səbail" də sıx müdafiə olunurdu. Bu cür oynayan komandaların müdafiəsini yarmaq heç də asan deyil. Belədə, işimiz daha da çətinləşir. Rəqib əks-hücumlara bel bağlamışdı, ara-sıra təhlükəli epizodları olurdu, qarşısını almağa çalışırdıq. Hər halda, görüş artıq başa çatdı və biz üç xal qazanmaq istəsək də, bir xal əldə etdik. Yolumuza davam edirik. Növbəti matçlara hazırlaşacağıq".

Hazırda I Liqada lider olan komandaya rəhbərlik edən gənc mütəxəssis "Səbail"lə görüşün son dəqiqələrində baş verən və gündəm yaradan penalti haqda da fikirlərini bildirib. O, Rəşad Əhmədovun öncə təyin etdiyi, sonradan isə yan xətt hakiminin məsləhəti ilə ləğv etdiyi penalti qərarına bu cür şərh verib:

"Matçın sonlarında penalti verildi, sonra ləğv olundu. Bununla bağlı bir söz deyə bilməyəcəm. Çünki bu həmin qərarı başa düşmək olmur. Kadrlar var, hər şey göz qabağındadır. Rəşad Əhmədov doğru qərar vermişdi. Sonradan onun doğru qərarını yanlış olaraq, yan xətt hakimi dəyişdirdi. Səbəbini bilmirəm. Hər halda, bu cür oldu".

Mirbağırağa

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
1
sportal.az

2Sources