EN

Gerasimov Ukraynada “hücum”un davam etdiyini bildirdi – 12 yaşayış məntəqəsi…

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynada Rusiya qoşunlarının hücum əməliyyatlarını davam etdirdiyini açıqlayıb. Onun sözlərinə görə, Rusiya hərbçiləri təmas xətti boyunca təşəbbüsü qoruyub saxlayırlar.

NOCOMMENT.az xəbər verir ki, Gerasimov fevral ayının ilk iki həftəsi ərzində sərt qış şəraitinə baxmayaraq, birləşmiş qoşun qruplaşmasının bölmələri tərəfindən 12 yaşayış məntəqəsinin “azad edildiyini” bildirib.

Baş Qərargah rəisi Donetsk vilayətində yerləşən strateji əhəmiyyətli Pokrovsk şəhərinin “ələ keçirilməsinə” xüsusi diqqət çəkib.

Bundan əlavə, Gerasimov Rusiya ordusunun Sumı və Xarkov vilayətlərinin sərhədyanı ərazilərində “təhlükəsizlik zolağını” genişləndirməyə davam etdiyini deyib. Onun sözlərinə görə, Sumı vilayətində Popovka və Sidorovka, Xarkov vilayətində isə Çuqunovka nəzarətə götürülüb.

Gerasimov iddia edib ki, Ukrayna Silahlı Qüvvələri itkilərini bərpa etməkdə çətinlik çəkir. Bu şəraitdə Ukrayna pilotsuz uçuş aparatları üzrə əlavə bölmələrin formalaşdırılmasına və zərbə PUA-larının sayının artırılmasına üstünlük verir.

Chosen
45
nocomment.az

1Sources