EN

Avropa masada olmalıdır, silahın pulunu o verir Sikorski

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlar masasında yer almağa layiqdir, çünki müharibənin pulunu ödəyir.

Axar.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.

"Biz Ukraynanı təchiz etmək üçün Amerika silahları alırıq. ABŞ-ın əlavə yardım paketinin müddəti keçən il başa çatıb. Əgər biz pul ödəyiriksə, əgər bu, təkcə Ukraynanın deyil, bizim də təhlükəsizliyimizə təsir edirsə, onda biz masada yer almağa layiqik, çünki bu müharibənin nəticəsi bizə də təsir edəcək.

ABŞ-ın bu danışıqlarda aparıcı rol oynaması təbii idi, çünki hərbi yardımın əsas hissəsini təmin edən ABŞ idi. Amma mən istərdim ki, amerikalı qonaqlarımız bilsinlər ki, biz indi bu münaqişənin pulunu ödəyirik", - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
sherg.az

1Sources