EN

Rusiyada ən çox bu cinayət törədilirmiş

2025-ci ildə Rusiyada ən çox yayılmış cinayət hadisəsi oğurluq olub.

Publika.az xəbər verir ki, bu barədə TASS statistikaya əsaslanaraq məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, ötən il Rusiyada 453.338 oğurluq hadisəsi qeydə alınıb. Bu cür cinayət hadisələrinin sayı 2024-cü illə müqayisədə 46.000 azalıb. Üstəlik, 2025-ci il göstəriciləri son dövrlərdə ən aşağı göstərici olub.

Statistikaya görə, 2025-ci ildə 14.400 soyğunçuluq, 13.000-dən çox qəsdən ağır bədən xəsarəti yetirmə, 6.200 hədə-qorxu və 2.700 silahlı soyğunçuluq hadisəsi də qeydə alınıb. Ötən ilin sonuna qədər Rusiyada ümumilikdə 1.771.000 cinayət qeydə alınıb.

Chosen
113
publika.az

1Sources