EN

“Qarabağ”la hər iki oyunu buraxacağını təsdiqlədi

style='margin-bottom:10px;'>

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Qimaraynş (Bruno Guimaraes) zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

QOL.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Eddi Hau (Eddie Howe) “TNT Sports” telekanalına müsahibəsində məlumat verib. 

O, kapitanın bud əzələsi zədəsi səbəbindən təxminən iki ay oynaya bilməyəcəyini bildirib və bunu vacib oyunlar öncəsi komandası üçün “ağır itki” adlandırıb.

Braziliya millisinin 28 yaşlı dayaq yarımmüdafiəçisi Premyer Liqada “Tottenhem” üzərində 2:1 hesablı qələbənin son dəqiqələrində zədələnib. Hau dünən İngiltərə Kubokunda “Aston Villa”ya qarşı 3:1 hesablı qələbədən sonra vəziyyəti belə şərh edib:

“Düşünürəm ki, onun qayıdışı 2 ay çəkəcək. Mövsümün vacib mərhələsində bu, bizim üçün böyük itkidir. O, çox məyusdur. Amma vəziyyət belədir, bunu dəyişə bilmərik. Onun yoxluğunda digər oyunçular məsuliyyəti üzərinə götürməlidir”.

Xatırladaq ki, “Qarabağ” “Nyukas” arasında matçlar 18 fevral və 24 fevral tarixlərində keçiriləcək.

Chosen
32
1
teleqraf.com

2Sources