EN

Siz kimsiniz ki, hələ bir sizə də ərə gəlim

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin tanınmış simalarından olan Defne Samyelinin qızı Derin Talu anası ilə birgə çəkdiyi videoda şəxsi həyatı barədə verdiyi açıqlamalarla maqazin gündəmini alt-üst edib. Münasibətlərə yanaşması ilə hər kəsi təəccübləndirən Talu, sevgililəri haqqında kifayət qədər sərt və səmimi ifadələr işlədib.Demokrat.az xəbər verir ki, gənc fenomen videoda bildirib ki, münasibətdə olduğu şəxslər qısa müddət sonra onunla ailə qurmağa can atırlar. Lakin Derin Talu bu vəziyyətə ironiya ilə yanaşaraq, "Siz kimsiniz ki, mən sizinlə evlənim?" deyə cavab verdiyini qeyd edib. Sevgililiyin onun üçün elə də böyük əhəmiyyət kəsb etmədiyini deyən Talu keçmiş münasibətlərindəki romantik əlaqəni də şübhə altına alıb."Mən sevgililərim çoxunu sevməmişəm, onlar da məni çox sevməyiblər. Sadəcə xəyallarında məni böyüdüblər, mən onların yanında bir növ dekor olmuşam" deyən fenomen, heç vaxt evliliyə razı olmayacağını vurğulayıb.Xatırladaq ki, Derin Talunun adı təkcə bu qalmaqallı sözlərlə deyil, həm də ötən ilin dekabrında bacısı Deren Talu ilə birlikdə narkotik testlərinin pozitiv çıxması və prokurorluqda ifadə vermələri ilə gündəmə gəlmişdi.Kənan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
demokrat.az

1Sources