EN

Azərbaycanlı idmançı: Əsas məqsədim UFC də çıxış etməkdir

Azertag saytına istinadən ain.az xəbər verir.

Tbilisi, 15 fevral, AZƏRTAC

Bu gün Batumidə qazandığım qələbəni Azərbaycan və Gürcüstan xalqlarının dostluğuna həsr etdim. Azərbaycanlılar ilə yanaşı, gürcülərin də məni dəstəkləməsi çox qürurvericidir. Bu dəstək mənə əlavə motivasiya verir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində 7 qat dünya çempionu və 3 qat Avropa çempionu, Batumidə keçirilən MMA üzrə yarışda ardıcıl olaraq 3-cü qələbəsini qazanan Alim Nəbiyev deyib.

"Bu gün mən müxtəlif döyüş təşkilatlarından təkliflər alıram. Onları dəyərləndirəcəyəm. Bununla belə, əsas məqsədim dünyanın ən nüfuzlu döyüş liqası olan UFC-də çıxış etməkdir. Bu məqsədimə çatmaq üçün daha çox işləmək və beynəlxalq arenada ardıcıl uğurlar qazanmalıyam", -deyə Nəbiyev vurğulayıb.

O deyib ki, UFC-də çıxış etmək üçün MMA döyüşlərində 5 ardıcıl qələbə qazanmalıdır. Hər növbəti yarışda daha professional idmançı ilə qarşılaşırsan: "Amma bu məni qorxutmur. Əksinə daha ciddi hazırlaşmağa sövq edir. Mən Azərbaycanımın şərəfini qorumalıyam. İnanıram ki, buna da nail olacağam, azərbaycanlı və gürcü azarkeşlərimin ümidini doğruldacağam".

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
1
azertag.az

2Sources