EN

ABŞ mütəxəssisləri Norveçə niyə getdilər? Şübhəli qurğu araşdırılır

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-nin hərbi mütəxəssisləri Norveçdə "Havana sindromu"na bənzər simptomlar yarada bilən xüsusi qurğunu tədqiq ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, 2024-cü ildə insan beyninin impulsiv enerji silahı ilə zədələnməsi ehtimalına şübhə ilə yanaşan norveçli tədqiqatçı analoji bir cihaz hazırlayıb və onun təsirini öz üzərində sınaqdan keçirib. Eksperiment nəticəsində onda "Havana sindromu"nu xatırladan nevroloji simptomlar üzə çıxıb.

"2024-cü ildə Pentaqon nümayəndələrindən ibarət heyət bu qurğunu öyrənmək üçün Norveçə səfər edib. Həmin ilin dekabrında isə xüsusi xidmət orqanlarının və Ağ Ev administrasiyasının mütəxəssislərindən ibarət qrup da məsələni müzakirə etmək məqsədilə Norveçə gəlib", - deyə qəzet yazır.

Nəşr vurğulayır ki, qurğunun konstruksiyasının əsasını adı açıqlanmayan dövlət qurumunda çalışan norveçli alimin əldə etdiyi məxfi məlumatlar təşkil edib. Ehtimala görə, bu məlumatlar naməlum bir ölkənin hökumətindən oğurlanmış materiallardan götürülüb.

Başgicəllənmə, ürəkbulanma, baş ağrısı və eşitmə problemləri ilə müşayiət olunan "Havana sindromu" ilk dəfə 2016-2017-ci illərdə Kubada amerikalı diplomatlarda, daha sonra isə 2018-ci ildə Çində qeydə alınıb. KİV-də ABŞ diplomatları, kəşfiyyat əməkdaşları və digər dövlət qulluqçuları arasında Avstriya, Afrika ölkələri, Tacikistan və Rusiya da daxil olmaqla müxtəlif ölkələrdə oxşar halların baş verdiyi barədə məlumatlar yayılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
1
oxu.az

2Sources