“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Atletiko Madrid”ə qarşı Kral Kuboku yarımfinalının ikinci oyunu (3 mart) üçün “böyük taktiki inqilab” hazırlayır.
İdman.Biz bildirir ki, bu barədə “The Touchline” qəzeti özünün X sosial media səhifəsində məlumat verib.
Mənbənin məlumatına görə, “Barselona” komanda hücuma daha çox diqqət yetirərsə, dörd top fərqini aradan qaldıra biləcəyinə əmindir. Hücumçular Robert Levandovski, Markus Reşford, Rafinya və Lamin Yamal potensial olaraq eyni vaxtda meydana çıxa bilərlər.
“Blauqrana” Kral Kuboku yarımfinalının ilk oyununda 4:0 hesabı ilə məğlub olub. Flikin komandası ilk hissədə dörd qolun hamısını buraxıb.