EN

“Kayzerslautern”in qələbə həsrəti bitdi

style='margin-bottom:10px;'>

Almaniya 2-ci Bundesliqasında 22-ci tur çərçivəsində "Kayzerslautern" öz meydanında "Qreyter Furt”u qəbul edib.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" rəqibini 1:0 hesabı ilə məğlub edib. Matçın taleyini həll edən yeganə qolu görüşün 10-cu dəqiqəsində Semih Şahin vurub. 

3 turdan sonra qələbə həsrətinə son qoyan "Kayzerslautern" xallarının sayını 34-ə çatdırmaqla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, zədəsini yenicə sağaldan və bir neçə gündür məşqlərə başlayan Mahir Emreli bu görüşdə iştirak etməyib. 

Chosen
98
1
teleqraf.com

2Sources