Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinəpaytaxtın Xətai rayonu, Babək prospektində yerləşən yaşayışbinasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, Məlumatla əlaqədar dərhaləraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlbolunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəliyaşayış binasının 6-cı mərtəbəsində pilləkən qəfəsindəquraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğıngenişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədənqısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 10 ədəd elektrik sayğacı və qoruyucu açar,2p.m elektrik naqili yanıb.
Yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləriçərçivəsində 3-ü azyaşlı olmaqla 7 nəfər təxliyə olunub.
Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.