EN

“Fənərbağça” qalib gəldi

Türkiyə Superliqasında XXII turun daha 3 oyunu keçirilib. Metbuat.az xəbər verir ki, turun mərkəzi matçında "Fənərbağça" səfərdə "Trabzonspor"la qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. İstanbul klubunun qollarını Anderson Talişka, Kərəm Aktürkoğlu və Marko Asensio vurublar. Qara dəniz təmsilçisində isə Ernest Muçi və Pol Onuaçu fərqləniblər.Bu nəticədən sonra xallarını 52-yə çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb. "Trabzonspor" isə 45 xalla 3-cüdür.

Günün digər oyunlarında "Gənclərbirliyi" "Rizəspor"la 2:2 hesablı heç-heçə edib, "Alanyaspor" isə "Konyaspor"a qalib gəlib - 2:1.

Chosen
157
5
metbuat.az

10Sources