Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qeyri-rəsmi görüş keçiriblər.
"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, görüş təxminən 40 dəqiqə davam edib.
Digər təfərrüatlar hələlik açıqlanmayıb.
Rubio fevralın 14-də konfransda çıxış edərkən Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmaq istəyib-istəmədiyinin hələ aydın olmadığını bildirib.
Daha əvvəl Zelenski Rubio ilə görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə telefon danışıqları aparacağını da açıqlayıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.