Sumqayıt şəhərində eyni gün ərzində bir neçə ünvanda hamam otaqlarında baş verən dəm qazı sızmaları nəticəsində dörd nəfər müxtəlif dərəcəli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
NOCOMMENT.az xəbər verir ki, 49-cu məhəllədə yerləşən fərdi evdə yaşayan, 2013-cü il təvəllüdlü Hüseynov Nurlan Faiq oğlu vəziyyətinin pisləşməsi səbəbilə Sumqayıt şəhər Uşaq xəstəxanasına çatdırılıb.
Şəhərin 2-ci mikrorayonunda isə 2003-cü il təvəllüdlü Babayeva Jalə Elxan qızı və 1984-cü il təvəllüdlü Hünbətov Anar Hünbət oğlu oxşar səbəbdən zərər çəkiblər. Hər iki şəxs ağır vəziyyətdə Sumqayıt şəhər Travmatologiya xəstəxanasına yerləşdirilib.
Daha bir fakt 8-ci mikrorayonda qeydə alınıb. 1997-ci il təvəllüdlü Abışova Aytac Kamal qızı dəm qazından zəhərlənmə əlamətləri ilə xəstəxanaya aparılıb, hazırda vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Hadisələrlə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır, sakinlərə qaz avadanlıqlarından istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunması tövsiyə edilir.