Bakı, TurkicWorld
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Federal xarici işlər naziri Yohann David Vadeful ilə görüşüb.
TurkicWorld-un Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, müzakirələr zamanı əsas diqqət Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin inkişafına, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyata keçid, ticarət, nəqliyyat və humanitar əməkdaşlıq məsələlərinə yönəldilib.
Görüş zamanı regional hadisələr, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi və münaqişədən sonrakı bərpa səyləri də müzakirə olunub.