EN

"Rəqibə qol epizodları vermədik" - Rəşad Sadıqov

Misli premyer-liqasının 20-ci turunda “Zirə” “Karvan-Yevlax”ı məğlub etdi - 1:0.

Oyunsonrası mətbuat konfransında Rəşad Sadıqov media nümayəndələrinin suallarını cavabladı.

- Gərgin oyun keçdi. Rəqibimiz hər oyuna ölüm-qalım mübarizəsi kimi çıxır. Əvvəlki oyunlarla müqayisədə müdafiədə daha inamlı idilər. Çoxlu qol epizodlarımız oldu. Vacib olan odu ki, qələbə
qazandıq, sonda rəqibə qol epizodları vermədik.

- Anatoli Nuriyevi əvvəldən istəyirdiz?
- Həmişə bəyənmişəm. “Sabah”a müraciət etdik, “hə” dedilər, sağ olsunlar. Yerli və keyfiyyətlidi. “Sabah”a təşəkkür edirəm. Formaya düşüb komandaya xeyir verə bilər.

- Zədəliləriniz çoxdu. Durumları nə yerdədi?
- İssa qayıdacaq, Konate də uzun çəkəcək. Mikels də zədələnib. Futbolun içində bu da var.

- Son anda 2 transfer etdiz. Alınmayan nə isə oldu?
- İstəyimiz avrokuboklara düşməkdi. İki komanda çempionluq mübarizəsi aparır. 5 komanda da avrokuboklar uğrunda. Güclü rəqiblərimiz var. İstədiyimizi reallaşdıra bilərikmi? Zamangöstərəcək. Əsas odu ki, zədə azdı, futbolçularım formadadı.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
103
football-plus.az

1Sources