EN

Tennis dünyası yenə Qaudentsiyə etibar etdi

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İtaliyalı Andrea Qaudentsi yenidən Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) sədri vəzifəsinə seçilib."Football-plus.az" xəbər verir ki, 2020-ci ilin yanvarından bəri quruma rəhbərlik edən Qaudentsinin səlahiyyət müddəti 2028-ci ilə qədər uzadılıb. O, ardıcıl 3-cü dəfə bu vəzifəyə seçilib. 52 yaşlı Qaudentsi seçkidən sonra fikrini bölüşüb:

“ATP-yə xidməti davam etdirmək mənim üçün böyük şərəfdi. Peşəkar tennisə qədəm qoyandan bəri bu təşkilat karyeramı formalaşdırıb. Nəyə nail olduğumuzu düşünərkən daha möhkəm maliyyə dayaqlarına malik olan, tennisin böyük potensialından xəbər verən təşkilat görürəm. İndi irəli hərəkət etməyin əsl vaxtıdı”.

İtaliyalı funksionerin rəhbərliyi dövründə ATP səviyyəsində tennisçilərə illik ödənişlərin həcmi 100 milyon dollar artıb. Ötən il bu məbləğ rekord həddə - 269,6 milyon dollara çatıb. “Böyük dəbilqə” turnirlərini də nəzərə alsaq, tennisçilərə il ərzində ödənilən pulun cəmu 400 milyon dollar həddindədi.Qaudentsi sabiq peşəkar tennisçidi, ATP səviyyəli üç turnirin qalibidi. ATP reytinqində ən yüksək mövqeyə (18) 1995-ci ildə yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
80
1
icma.az

2Sources