EN

Ferstappen bu il 70 milyon dollar qazanacaq

ain.az bildirir, Footbal-plus portalına istinadən.

“RacingNews365” nəşri “Formula-1” pilotlarının 2026 mövsümündə güman olunan illik qazanc üzrə reytinqini açıqlayıb. "Football-plus.az" xəbər verir ki, siyahıya dördqat dünya çempionu, niderlandlı Maks Ferstappen başçılıq edir.Ən yüksək ödənişli pilotların ilk “10-luğ”u belədi:1. Maks Ferstappen (Red Bull) – 70 milyon dollar2. Lüis Hemilton (Ferrari) – 60 milyon dollar3. Şarl Lekler (Ferrari) – 34 milyon dollar4. Corc Rassell (Mersedes) - 34 milyon dollar5. Lando Norris (Maklaren) – 30 milyon dollar6. Fernando Alonso (Aston Martin) – 20 milyon dollar7. Oskar Piastri (Maklaren) - 13 milyon dollar8. Karlos Sayns (Uilyams) - 13 milyon dollar9-11. Aleks Albon (Uilyams), Lens Stroll (Aston Martin), Pyer Qaslo (Alpin) – 12 milyon dollarBunların ardından Serxio Peres (Kadillak, 8 milyon), Niko Hülkenberq (Audi, 7 milyon), Esteban Okon (Haas, 7 milyon), İsak Hacar (Red Bull, 5 milyon), Valtteri Bottas (Kadillak, 5 milyon), Qabriel Bertoleto (Audi, 2 milyon), Kimi Antonelli (Mersedes, 2 milyon), Oliver Berman (Haas, 1 milyon), Liam Louson (Reysinq Bullz, 1 milyon), Franko Kolapinto (Alpin, 500 mindən 1 milyona qədər), Arvid Linblad (Reysinq Bullz, 500 mindən 1 milyona qədər).

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
95
1
icma.az

2Sources