EN

4 ildir yeni tikiliyə köçüblər, həyətlərində hələ də qazıntı aparılır – ŞİKAYƏTVİDEO

Bina tikilib, sakinlər köçürülüb, amma iş hələ bitməyib...

Xezerxeber.az xəbər verir ki, kadrlar paytaxtın Xətai rayonu, Cavaşir 32a ünvanında yerləşən olympus mtk-nin tikdiyi yeni tikililərəndir. Bina sakinlərinin iddialarına görə, 2022-ci ildə təhvil veriləcəyi deyilən binanın həyətində hələ də qazıntı işləri aparılır. Bu da sakinlərin haqlı narazılığna səbəb olur.

Sakinlər deyirlər ki, həyətdə uşaqlar üçün əyləncə, sakinlər üçün istirahət yerinin olmasını onlar da istəyirlər. Lakin, işlərin ləngiməsi sakinlərin səbrini daşırır.

Məsələ ilə bağlı gün ərzində sözügedən tikinti şirkəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

Sakinlər isə ümid edirlər ki, məsələ ictimailəşəndən sonra problemləri tezliklə həll olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
73
2
xezerxeber.az

3Sources