EN

İranın Xarici İşlər Naziri Almaniya Təhlükəsizlik Konfransını Münhen sirki adlandırıb

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Almaniyada keçirilən təhlükəsizlik konfransı İrana gəldikdə "Münhen Sirki"nə çevrilir.

Bizimyol.info xəbər verir ki, bu barədə İranın Xarici İşlər Naziri Abbas Əraqçi bildirib.

"Adətən ciddi Münhen Təhlükəsizlik Konfransının İrana gəldikdə "Münhen Sirki"nə çevrildiyini görmək kədərlidir", - deyə o qeyd edib. Nazirin sözlərinə görə, AB çaşqınlıq içindədir, İranın daxilində nələrin baş verdiyini anlaya bilmir.

Əraqçinin sözlərinə görə, AB Yaxın Şərqdə hər hansı bir geosiyasi təsirini tamamilə itirib. "Avropa bir vaxtlar İranın nüvə danışıqlarında əsas oyunçu idi, amma indi tamamilə görünməzdir. Bunun əvəzinə, bölgədəki dostlarımız periferik və səmərəsiz "AB-3"dən (Böyük Britaniya, Almaniya və Fransa) daha təsirli və faydalı olduqlarını sübut edirlər", - deyə İranın Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.

Fevralın 9-da Münhen Təhlükəsizlik Konfransının (MSC) sədri Volfqanq İşinger forum təşkilatçılarının əvvəlcə İran xarici işlər nazirinin iştirakına ümid etsələr də, İran nümayəndələrinə əvvəlki dəvətlərini geri götürdüklərini açıqlayıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
116
icma.az

1Sources