EN

İkardi het-trik etdi və ''Yuve''yə göz dağı verdi: ''Onlara çox qollar vurmuşam''

''Qalatasaray'' Türkiyə çempionatının 22-ci turunda öz meydanında ''Eyüpspor''a heç bir şans verməyib.

İstanbul nəhənginin 5:1 qalib gəldiyi matça Mauro İkardi het-trik etməklə damğa vurub. Daha öncə əfsanəvi George Hacini geridə geridə qoyaraq klub tarixinin ən məhsuldar əcnəbi futbolçusuna çevrilən argentinalı ulduz daha bir göstəricidə rumıniyalıya yaxınlaşır. 33 yaşında 3 qol vuran İkardi klub tarixində superliqada het-trik edən ən yaşlı ikinci əcnəbi futbolçu statusuna yiyələnib.

Haci 1999-da ''Bursaspor''la oyunda 34 yaşında het-trik etmişdi. İkardi matçın ardından verdiyi açıqlamada bu həftə Çempionlar Liqasında qarşılaşacaqları ''Yuventus''a göz dağı verərək bunları deyib:

''Mənim işim qol vurmaq, komandanın işi qələbə qazanmaqdı. Rəqibə ciddi yanaşdıq və istədiyimizə nail olduq. Həm erkən qol, həm də rəqibin azlıqda qalması işimizi asanlaşdırdı. ''Yuventus''la oyuna tam hazır olduğumuzu göstərdik. İtaliyada oynadığım dönəmdə ''Sampdoriya'' və ''İnter''in heyətində ''Yuventus''a çox qollar vurmuşam. Onlara qarşı oynamağı sevirəm. O vaxt heyətlərində önəmli isimlər var idi. İndi fərqli oyunçulara sahibdilər. Oyuna ən yaxşı şəkildə hazırlaşmalı və fanatlarımızın gücündən maksimum yararlanmalıyıq. Çünki onlar bu stadionu rəqiblər üçün cəhənnəmə çevirirlər. ''Yuve''ni mübarizədən kənarlaşdırmaq və ÇL-də yolumuza davam etmək istəyirik''.
Chosen
115
football-plus.az

1Sources