EN

Liverpul Nyukasl ın hücumçusunu transfer etməyə yaxındır

ain.az, Cebheinfo saytına istinadən bildirir.

İngiltərənin "Liverpul", "Arsenal" və "Mançester Siti" klubları "Nyukasl"ın hücumçusu Entoni Qordonu transfer etməkdə maraqlıdırlar.

"Report" "Caught Offside"a istinadən xəbər verir ki, 24 yaşlı vingerin transferinə "Liverpul" daha yaxındır.

Lakin "Nyukasl" futbolçunu asanlıqla buraxmaq niyyətində olmadığı və ən azı 85 milyon funt-sterlinq tələb etdiyi bildrilir.

Qeyd edək ki, E.Qordon 2023-cü ilin yanvarından "Nyukasl"da çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə ümumilikdə 34 matçda iştirak edib, 10 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" futbolçunun dəyərini 60 milyon avro qiymətləndirir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
2
cebheinfo.az

3Sources