Danimarka və ABŞ arasında Qrenlandiya ilə bağlı mübahisə həll olunmayıb.
“İki sahil” xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen Münxen Təhlükəsizlik Konfransında müzakirələr zamanı bildirib.
"Düşünürəm ki, Amerika Prezidentinin (Donald Trampın) Qrenlandiyanı idarə etmək istəyi tam olaraq eynidir", - deyən Baş nazir əlavə edib: "Krallıq razılaşmır. Avropa razılaşmır. Lakin biz razılaşırıq ki, Arktikada təhlükəsizliyin təmin edilməsi üçün daha çox iş görülməlidir".
Məhərrəm Ağalaroğlu, “İki sahil”