EN

Qurban Qurbanov bu komandaya 10 min ayırdı

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zaqatala”ya maddi yardım göstərib.

Axar.az Sportinfo-ya istinadən xəbər verir ki, o, doğma rayonunun eyniadlı təmsilçisinə 10000 manat ianə ayırıb.

Həmin məbləğ komandanın müəyyən məsrəflərinin qarşılanması üçün nəzərdə tutulub.

Əyalət klubu 12 ildir I Liqada mübarizə aparır. Ağdamlıların çalışdırıcısı ötən müddət ərzində daim “yaşıllar”a kömək əlini uzadıb. Onun böyük qardaşı Musa Qurbanov da buradadır. Tanınmış funksioner Müşahidə Şurasında yer alır.

“Zaqatala” hazırda I Liqanın ortababları arasındadır. Rüstəm Məmmədovun çalışdırdığı kollektiv 14 tur ərzində 18 xal toplayıb və turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
axar.az

3Sources