EN

“Neftçi”nin əvəzedici heyətinə üç yeni futbolçu cəlb olunub

"Neftçi"nin əvəzedici komandası heyətini üç futbolçu ilə gücləndirib.

Bu barədə 90deqiqe.Az-a klubun mətbuat xidmətindən bildirilib.

Paytaxt təmsilçisi qvineya əsilli belçikalı Mamadi Diavara, eləcə də nigeriyalı futbolçular – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Klubun qərarına əsasən, hər üç oyunçu ilə bağlanmış müqavilənin müddəti əlavə olaraq iki il uzadıla bilər.

Qeyd edək ki, 19 yaşlı Diavara son olaraq Almaniyanın FC Schalke 04 klubunun U-19 komandasında çıxış edib. 18 yaşlı İstifanus Nigeriyanın “Broad City” klubunda forma geyinib. 19 yaşlı Oluvafemi isə “36 Lion”un şərəfini qoruyub.

Chosen
34
90deqiqe.az

1Sources