EN

Vətəndaşlara 11 min manat “atan” şəxs saxlanıldı

Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, zərərçəkmiş əvvəlcədən tanış olduğu şəxs tərəfindən “işə düzəltmək” adı altında 11500 manat vəsaitinin aldadılaraq ələ keçirilməsi barədə polisə müraciət edib.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.

Chosen
92
18
nocomment.az

10Sources