EN

"Qarabağ" "İmişli"ni məğlub etdi

Misli Premyer Liqasının XX turuna start verilib.


Manset.az xəbər verir ki, "Qarabağ" Qubada "İmişli" ilə qarşılaşıb.

Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi qələbə qazanıb - 1:0.

Yeganə qolu 79-cu dəqiqədə Musa Qurbanlı İmişli təmsilçisinin qapısından keçirib.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Qarabağ" bu nəticədən sonra xallarının sayını 45-ə yüksəldib. "İmişli" isə 19 xalla doqquzuncudur.

Günün son görüşü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. "Zirə" "Karvan-Yevlax"ı qəbul edəcək.

Chosen
17
5
manset.az

8Sources