EN

Fransanın “erməni sevgisi”: “Ölkəmizə qarşı təzyiqlər nəticə verməyəcək”

“Fransanın “France-24” televiziya kanalının müxbirinin Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə erməni separatçıları və hərbi cinayətkarları ilə bağlı ünvanladığı təxribat xarakterli sualı təsadüfü deyil”. 

Bu sözləri politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində qeyd edib.

Bildirək ki, Münxen Təhlükəsizlik Konfransında iştirak edən Prezidenti İlham Əliyev “France 24” kanalına müsahibə verib.

Belə ki, müsahibə zamanı fransalı müxbir dövlət başçısına Bakıda mühakimə olunan erməni separatçılarla bağlı təxribat xarakterli sual ünvanlayıb. 

Təbii ki, sual cavabsız qalmayıb. Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə fransız müxbirin təxribatçı sualına sərt şəkildə cavab verib.

Bildirib ki, erməni separatçıları uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. 

Dövlət başçısı qeyd edib ki, məhkəmə prosesi tamamilə şəffaf keçib və sözügedən şəxslərin cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib. 

Məsələyə münasibət bildirən O.Qasımov vurğulayıb ki, Fransa dövləti erməni separatizmini aktiv şəkildə dəstəkləyən ölkələrin ilk sırasındadır:

“Bu ölkə 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə belə Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edirdi. Savaş bitdikdən dərhal sonra Fransa Milli Assambleyasında qondarma rejimin müstəqiliyyinin tanınması ilə bağlı bəyanatın qəbul olunması bunun bariz nümənəsidir. 

Hazırda öz cəzalarına çatmış və bəzi şəxslərlə bağlı istintaqın getdiyi bir zamanda erməni tərəfi özünün beynəlxalq havadarları vasitəsilə Azərbaycana təzyiqlər etməyə çalışır. Bu təzyiq mahiyyət etibarı ilə Bakı Hərbi Məhkəməsində mühakimə olunan erməni separatçıları və hərbi cinayətkarları ilə bağlıdır. 

Azərbaycanın bu məsələdə mövqeyi bəllidir. Azərbaycan dövlətinə və onun xalqına qarşı cinayətlər törədən, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı silahlı mübarizəyə cəlb olunan və terror aktlarına əl atan istənilən şəxs Azərbaycan qanunlarına uyğun mühakimə olunacaq.

Bu, Azərbaycanın birmənalı mövqeyidir. Məhz 2023-ci ilin sentyabrından başlayaraq Azərbaycana nə qədər təzyiqlər edilsə  də ölkəmizin mövqeyi dəyişməz qalıb və bundan sonra da dəyişməz qalacaq.

Erməni separatçıları mühakimə olunaraq layiqli cəzalarına çatdılar. Ölkəmizə qarşı təzyiqlər heç bir nəticə verməyəcək”.

Chosen
23
cebheinfo.az

1Sources