EN

“PUTİN DAHA 10 İL YAŞASA...” “O özünü çar hesab edir və I Pyotrla məsləhətləşir”

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Putin adi insanlar kimi yaşamır”.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında deyib. 

Vladimir Putinin ünvanına ağır ifadələr işlədən Zelenski onun hakimiyyətdən kənarda həyat təsəvvür edə bilmədiyini qeyd edib: “O, nə hakimiyyətsiz, nə də hakimiyyətdən sonrakı həyatı təsəvvür edə bilmir. Adi şeylər onu maraqlandırmır”.

Zelenski Putinin əqli problemlərinin olduğuna da eyham vurub: “Putin ərazi işğalı barədə real həyatdakılardansa, Çar Pyotr və Yekaterina ilə məsləhətləşir. O özünü çar kimi görə bilər, amma əslində o, müharibənin köləsidir. Bəs əgər o, daha 10 il yaşasa? Bunun mümkün olduğunu başa düşürük. Bu halda o, özünə gələ, qruplaşa və yenidən genişlənməyə çalışa bilər”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
azpolitika.info

1Sources