EN

İş verənlər SAXLANILDI

Sumqayıtda işə düzəltmək adı altında dələduzluq edən şəxs saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb. Zərərçəkmiş əvvəlcədən tanış olduğu şəxs tərəfindən “işə düzəltmək” adı altında 11500 manat vəsaitinin aldadılaraq ələ keçirilməsi barədə polisə müraciət edib.
Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov saxlanılıb.
Fakt üzrə araşdırma aparılır.
Chosen
71
18
yenicag.az

10Sources