EN

Penitensiar Xidmətin keçmiş idarə rəisi vəfat etdi



Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təchizat İdarəsinin keçmiş rəisi, ədliyyə polkovnik-leytenantı Mürsəl Zeynalov vəfat edib.

Medicina.az xəbər verir ki, M.Zeynalov qəfil ürəktutmasından dünyasını dəyişib.

Mərhum Sabunçu rayonunun Nardaran qəsəbə qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Mürsəl İslam oğlu Zeynalov 1968-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub.

Uzun illər daxili işlər orqanlarında çalışıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayının komandir müavini və Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində inzibati təcrübə üzrə baş inspektor vəzifələrində işləyib. 2016-cı ildə ərizə yazaraq işdən çıxıb.



Chosen
93
10
medicina.az

10Sources