BAKI, 14 fevral. TELEQRAF
Çin dialoq və məsləhətləşmələr vasitəsilə ABŞ ilə dinc yanaşı yaşamağın yollarını axtarır.
Teleqra xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Van İ Münxen Təhlükəsizlik Konfransında bildirib.
Nazir iki böyük dövlət arasında qarşılıqlı fəaliyyətin dünya nizamına birbaşa təsir etdiyini vurğulayıb:
"Biz dialoq və məsləhətləşmələr yolu ilə iki aparıcı dövlətin bu planetdə bir-biri ilə anlaşaraq yaşaya bilməsi üçün düzgün qarşılıqlı fəaliyyət yolu tapmağa çalışırıq. Beynəlxalq birliyin gözləntilərinə və hər iki ölkə xalqının maraqlarına uyğun olaraq bu yolla getməyə davam edəcəyik. Lakin bu məqsədə çatmağımız Birləşmiş Ştatlardan asılıdır".
Çinli diplomat vurğulayıb ki, Pekin və Vaşinqtonun dil tapması beynəlxalq vəziyyətin sabitliyi üçün həlledici faktordur.
"Çin lideri Si Cinpin Çin-ABŞ münasibətlərinin spesifikasını nəzərə alaraq, əlaqələrin üç əsas prinsip, qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq əsasında möhkəmləndirilməsini təklif edir".