EN

ANS və Zoologiya İnstitutu: 10 ildir davam edən səssiz müharibə

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Keçmiş ANS telekanalının rəhbərliyi ilə Zoologiya İnstitutu arasında artıq 10 ildir mübahisə davam edir. Belə ki, 2016-cı il 18 iyul tarixində fəaliyyəti dayandırılan ANS telekanalına aid olan avadanlıqlar Zoologiya İnstitutunun binasında saxlanılırdı. İnstitut dəfələrlə avadanlıqların köçürülməsi üçün ANS-ə yer təklif etdiyini də bildirmişdi.

Globalinfo.az bildirir ki, Modern.az illərdir davam edən mübahisədə son durumu öyrənmək üçün həm keçmiş ANS telekanalının rəhbəlriyi, həm də Zoologiya İnstitutu ilə əlaqə saxlamağa çalışıb.

Zoologiya İnstitutunun İctimaiyyətlərlə Əlaqələr şöbəsinin müdiri Elmar Nazirli bildirib ki, fəaliyyəti dayandırılmış ANS televiziyasının avadanlıqları hazırda instituta aid olan 7 mərtəbəli binanın birinci mərtəbəsində saxlanılır və Əmlaka müdaxilə məhkəmə qərarı ilə qadağan edilib:

“Həmin mərtəbənin dəhlizinin qapısı məhkəmə qərarı ilə möhürlüdür. Qapıya heç bir müdaxilə yoxdur. Möhürlənmiş hissəyə giriş-çıxış olmur. Daimi qorunması üçün bir nəfər mühafizəçi təyin edilib. İçəridə nəyin olması ilə bağlı heç bir məlumatımız yoxdur. Bununla bağlı bizə hər hansı müraciət daxil olmayıb.”

Keçmiş ANS Şirkətlər Qrupunun strateji planlama üzrə vitse prezidenti Seyfulla Mustafayev isə mövzu ilə bağlı açıqlama verməkdən imtina etdi.

“Heç bir şey deyə bilmərəm. Siz görmüsünüz ki, mən kiməsə müsahibə verim?”, – deyə Seyfulla Mustafayev telefon danışığında deyib.

Xatırladaq ki, ANS (Azerbaijan News Service) – Azərbaycanda ilk özəl və ilk xəbər televiziya kanalı olaraq 26 noyabr 1991-ci ildən fəaliyyətə başlayıb. Telekanalın təsisçiləri Vahid və Seyfulla Mustafayev qardaşlarıdır.

Televiziya şirkətinin yayımı 18 iyul 2016-cı ildə dayandırılıb və lisenziyası 29 iyul 2016-cı il tarixində keçirilən məhkəmə qərarı ilə ləğv edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
globalinfo.az

2Sources