EN

Mbappe və Vinisius komanda yoldaşlarının hesabını ödədilər

“Real”ın hücumçuları Kilian Mbappe və Vinisius Junior komanda yoldaşları ilə Madridd restoranda bir araya gəliblər.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, ulduz futbolçular sonda hesabı ödəməyi öz üzərlərinə götürüblər. Hesab 1000 avrodan çox olub.

Şam yeməyi kollektivdə mehribanlığın, atmosferin daha da yaxşılaşması üçün təşkil edilib. Baş məşqçi Alvaro Arbeloa və köməkçiləri restoranda olmayıblar.

Tədbir “Benfika” ilə fevralın 17-də keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin oyunundan bir həftə əvvəl təşkil olunub.

 

Chosen
42
msport.az

1Sources