EN

ABŞ də növbəti şatdaun: Vacib güc strukturunun işləyən əməkdaşlarına əməkhaqqı verilməyəcək

ain.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) strukturuna daxil olan qurumlar hökumətin qismən fəaliyyətinin dayandırılması (şatdaun) səbəbindən maliyyələşmədən məhrum qalıb və formal olaraq işi dayandırmalıdırlar.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Cümə axşamı DTN-in maliyyələşdirilməsi haqqında qanun layihəsi ABŞ Konqresinin Senatında prosedur səsverməsindən keçmək üçün lazımi səs sayını toplaya bilməyib. Beləliklə, nazirlik cümə günündən şənbə gününə keçən gecəyarısı (Bakı vaxtı ilə 14 fevral saat 09:00) qismən fəaliyyətini dayandırıb. Bu, son aylar ərzində ABŞ-da artıq üçüncü şatdaundur, lakin bu dəfə o, yalnız bir nazirliyi əhatə edir.

Əvvəlki şatdaunların nümunəsini izləsək, çox güman ki, DTN əməkdaşlarının böyük hissəsi işləməyə davam edəcək, lakin onlara əmək haqqı ödənilməyəcək. Bu, onun tərkibinə daxil olan bir çox strukturlara təsir edəcək: hava limanlarında təhlükəsizliyə cavabdeh olan Nəqliyyat Təhlükəsizliyi İdarəsi (TSA), Fövqəladə Vəziyyətlərin İdarə Edilməsi Federal Agentliyi (FEMA), Sahil Mühafizəsi, Kibertəhlükəsizlik və İnfrastruktur Agentliyi (CISA) və yüksək vəzifəli şəxslərin mühafizəsi ilə məşğul olan Gizli Xidmət.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
1
hurriyyet.az

2Sources