EN

Nazir: Müasir silah sistemlərinin Azərbaycan Ordusunun arsenalına daxil edilməsi uğurla həyata keçirilir

Azərbaycanın beynəlxalq nüfuzunun davamlı şəkildə yüksəlməsində və regionun qlobal güc mərkəzinə çevrilməsində ölkəmizin müdafiə potensialı mühüm rol oynayır.

“Poliqon” xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

General-polkovnik Z.Həsənov 8 Noyabr – Zəfər Günündə Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin digər strukturları ilə birgə keçirdiyi Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda nümayiş etdirilən nümunəvi nizam-intizamın və hərbi qüdrətin, eləcə də texniki təminatın Müzəffər Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini qürur hissi ilə bildirib.

Müdafiə naziri vurğulayıb ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkəmizin ərazi bütövlüyünün silahlı müdafiəsinin təşkili, hərbi təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsi, qoşunların əməliyyat imkanlarının və döyüş qabiliyyətinin artırılması, eləcə də müasir silah sistemlərinin Azərbaycan Ordusunun arsenalına daxil edilməsi istiqamətində tədbirlər ardıcıl və uğurla həyata keçirilir.

Chosen
13
1
poliqon.az

2Sources