EN

Deputat: “Prezident “France 24”ün təxribatçı suallarını lehimizə çevirdi”

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Bu mövqenin açıq, birmənalı və prinsipial şəkildə beynəlxalq auditoriyaya çatdırılması xüsusi əhəmiyyət daşıyır”

“Prezident İlham Əliyev “France-24”  kanalına çox maraqlı müsahibə verib. Aparıcının məhkəmə hökmü ilə cəzalandırılmış erməni cinayətkarlarının əfv olunması ehtimalı, Qarabağ ermənilərinin geri qayıdışı, eləcə də Fransa–Azərbaycan münasibətlərində yaranmış gərginlik kimi müəyyən qədər təxribatçı və təhrikçi xarakter daşıyan suallarına cənab Prezident son dərəcə yüksək məntiq, soyuqqanlılıq və peşəkar diplomatik dildə cavab verdi”.

AYNA.AZ xəbər verir ki, bu sözləri deputat Azay Qyliyev deyib. Bildirib ki, müsahibədə Prezident Ermənistanla sülhün faktiki olaraq təmin olunduğunu vurğulayaraq, söyləyib ki, yekun sülh müqaviləsinin imzalanması üçün əsas şərtin Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasıdır: “Bu mövqenin açıq, birmənalı və prinsipial şəkildə beynəlxalq auditoriyaya çatdırılması xüsusi əhəmiyyət daşıyır”.

““France 24” kanalının geniş qlobal izləyici auditoriyasını nəzərə alsaq, bu kimi həssas və siyasi baxımdan yüklü suallara cənab Prezident tərəfindən birbaşa, aydın və qəti cavabların verilməsi informasiya müharibəsi və diplomatik müstəvidə aparılan mübarizədə Azərbaycanın mövqeyinin daha dolğun, anlaşılan və qəbulolunan şəkildə təqdim olunmasına mühüm töhfə verir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
125
2
ayna.az

3Sources