EN

Koxalski niyə Qubaya aparılmadı? – SƏBƏBİ BİLİNDİ

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Azərbaycan Premyer Liqasının 20-ci turunda “İmişli”yə qarşı keçiriləcək matçın iştirak ərizəsinə daxil edilməyib.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb qolkiperin ayağında ağrılar olmasıdır. Polşalı oyunçu risk edilməmək üçün  oyunun iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Qarabağ” – “İmişli” görüşü saat 14:30-da start götürüb Ağdam təmsilçisi növbəti matçını UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçirəcək.

Chosen
49
idmanxeber.az

1Sources