EN

MPL: "Qarabağ" "İmişli"yə qarşı - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XX tur start götürəcək.

Fanat.Az xəbər verir ki, turun ilk günündə iki matç baş tutacaq.

Qubada keçiriləcək turun açılış oyununda "Qarabağ" "İmişli" ilə üz-üzə gələcək. Saat 14:30-da başlayacaq matçı Cavid Cəlilov idarə edəcək.

Günə "Zirə" – "Karvan-Yevlax" oyunu ilə yekun vurulacaq. Qarşılaşmanın start fitini Kamranbəy Rəhimov fitini səsləndirəcək. Oyuna saat 17:00-da start veriləcək. 

Qeyd edək ki, tura 16 fevralda yekun vurulacaq.

Misli Premyer Liqası
XX tur
14 fevral 

"İmişli" – "Qarabağ" 0:0 (1-ci hissə) 
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov.
VAR: Əliyar Ağayev, Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Quba. Olimpiya İdman Kompleksinin stadionu

İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 94. Rafael Vieqaş, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr. 
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov, 10. Nikola Karaklaiç, 79. Dioqo Kardozu. 
Baş məşqçi: Jorje Kaşkilya. 
Qarabağ”: 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran. 
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 20. Kadi Borqes, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali. 
Baş məşqçi: Qurban Qurbanov. 

17:00. "Zirə" – "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev, Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Zirə. İdman Kompleksinin stadionu.

Chosen
6
6
fanat.az

5Sources