ain.az bildirir, Ayna saytına əsaslanaraq.
"Rusiya razılaşma əldə etmək istəyir və Zelenski hərəkətə keçməlidir”
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin "hərəkətə keçməsə", sülh şansını əldən verəcəyini bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərə deyib.
"Rusiya razılaşma əldə etmək istəyir və Zelenski hərəkətə keçməlidir. Əks halda, o əla fürsəti əldən verəcək. O hərəkətə keçməlidir", - deyə qeyd edib.
Bir jurnalistin Münxen Təhlükəsizlik Konfransında dünya liderlərinə hansı mesajı çatdırmaq istədiyini soruşduqda, ABŞ Prezidenti belə cavab verib: "Yeganə mesaj NATO ilə əla münasibətlərimizin olmasıdır".
Trampın sözlərinə görə, Alyansın üzv ölkələrinin liderləri "hamısı onun dostudur".
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin həlli ilə bağlı növbəti üçtərəfli danışıqların vaxtı və yeri açıqlanıb. Kremlin məlumatına görə, Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsi 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək. Ukrayna Prezident ASdministrasiyasının nümayəndəsi bu məlumatı təsdiqləyib. ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə keçirilən əvvəlki iki danışıqlar raundunda heç bir irəliləyiş əldə edilməmişdi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.