EN

"Xalam bizim nəsilin ÜZ QARASIDIR!”

Müğənni Nüşabə Musayeva "Tarixin bir günü" verilişində səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, canlı efirdə ailəsi ilə bağlı illərdir içində saxladığı məqamları bölüşən sənətçi emosional açıqlamalar verib.

O, bildirib ki, yaşadığı ağrıların ilahi ədalətlə gec də olsa qarşılığını tapdığına inanır:

"Allahın ədaləti var. 30 il sonra üstü açıldı. Üzü ağam. O, xalam ola bilər, amma hər nəslin, hər qohumun içində bir üz qarası olur. Xalam da bizim nəslin üz qarasıdır", - deyə sənətçi vurğulayıb.

Musayeva uşaqlıq travmalarından danışaraq, həmin hadisələrin həyatında dərin iz buraxdığını qeyd edib:

"Mənim uşaqlıq travmalarım var idi. Bu gün anamın ruhu qarşısında rahatam. Gəncliyimi, uşaqlığımı xalam əlimdən aldı".

Sənətçi xaraktercə qisasçı olduğunu da gizlətməyib:

"Mənə pislik etmisənsə, bunu unutmaram. Bəzən 5 il də gözləyərəm. Ən gözəl cavab zamanında verilən cavabdır. O vaxt səhv edəndə niyə demirdiniz 'etmə'? İndi mənə deməyin 'eləmə'", - deyə o əlavə edib.

Nüşabə Musayeva həmçinin anasını həmin hadisədən sonra yalnız bir dəfə yuxuda gördüyünü deyib və həyatını "şahmat taxtası"na bənzədərək hər kəsin qarşısına faktlarla çıxdığını bildirib.

Sənətçinin bu etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər iki cəbhəyə bölünüb - bəziləri onun səmimiyyətini və açıq danışmasını dəstəkləyib, digərləri isə ailə məsələlərinin efirdə bu formada müzakirəsini doğru hesab etməyiblər.

Musa
Milli.Az

Chosen
46
50
milli.az

10Sources