EN

Ağ Evin Maduro və Qrelandiya sevgisi

ABŞ prezident administrasiyası sosial mediada Sevgililər Günü münasibətilə bir sıra açıqcalar dərc edib. Bunlardan ikisi xarici siyasət məsələlərinə həsr olunub.

Ölkə.Az Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, açıqcalardan biri Venesuela prezidenti Nikolas Maduroya ünvanlanıb və üzərində "Sən mənim ürəyimi fəth etdin" başlığı ilə yazılıb.

Digərində ürəyin formasının konturu daxilində Qrenlandiyanın xəritəsi var. Üzərində isə "Münasibətlərimizdə hansı mövqedə olduğumuzu anlamağın vaxtıdır" qeyd olunub.

Chosen
123
1
olke.az

2Sources