EN

Trampın “sevgi” açıqcaları Maduro, Qrenlandiya, miqrantlar

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

ABŞ administrasiyası 14 fevral – Sevgililər Günü münasibətilə rəsmi “X” (əvvəlki Twitter) hesabında beynəlxalq və daxili siyasətə işarə edən bir neçə qeyri-adi “valentin açıqcası” paylaşıb.Bakupost.az xəbər verir ki, bu görüntülər sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.

1. Nikolаs Maduro haqqında açıqca

Açıqcalardan birində Venesuelanın devrilmiş prezidenti Nicolas Maduronun görüntüsü yer alıb. Bu şəkil, onun ABŞ qüvvələri tərəfindən saxlanıldığı dövrdən bir kadrla müşayiət olunur. Açıqcada ingilis dilində “You captured my heart” (“Sən mənim ürəyimi ələ keçirdin”) yazılıb. Bu ifadə romantik məna daşısa da, əslində “həbs etmə” məzmununa işarə edir – yəni Maduronun həbsinə bir növ siyasi ironiya kimi baxır.

2. Qrеnlandiya haqqında açıqca

Başqa bir açıqcada Qrenlandiya adası kontur şəklində ürəyin içində təsvir edilib və üzərində: “It’s time we define our situationship” – (“Münsaibətlərimizi müəyyənləşdirməyin vaxtı çatıb”) yazılıb.

Bu mesaj ABŞ-ın uzun müddətdir medianın və siyasətçilərin diqqətində olan Trampın Qrenlandiya adası ilə bağlı fikirlərinə işarə sayılır. Mənbələrə görə, D.Tramp bir neçə dəfə adanı ABŞ üçün strateji əhəmiyyətli ərazi hesab etdiyini və onun gələcək statusunu müzakirə etməyi təklif etdiyini bəyan edib.

3. Digər valentin açıqcaları

Valentin paylaşımında həmçinin migrantlarla bağlı bir açıqca da olub. Orada yazılıb ki, “mənim sənə olan sevgim demokratların qeyri-qanuni immiqrantlara olan sevgisi qədər güclüdür”. Bu da ABŞ-da daxili siyasətdəki mübahisəli immiqrasiya məsələsinə ironik yanaşmadır. Qeyd edək ki, bu qeyri-adi açıqcalarla bağlı internetdə müxtəlif reaksiyalar olub. Bir çox istifadəçilər bunu siyasi yumor və kreativ yanaşma kimi alqışlasa da, bəziləri bunu yersiz və həddən artıq siyasi mesaj kimi tənqid ediblər.Cavid, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
www.bakupost.az

1Sources