EN

ABŞ hərbçiləri lazerli peyklərlə raketləri ələ keçirməyi planlaşdırırlar

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

ABŞ hərbçiləri lazerli peyklərlə raketləri ələ keçirməyi planlaşdırırlar. Lazer silahları ilə silahlanmış və süni intellektlə idarə olunan kiçik peyklərdən ibarət bir dəstənin istifadəsi ballistik raketləri ələ keçirmək üçün güclü vasitə ola bilər.

Moderator.az xəbər verir ki, bu konsepsiya ABŞ hərbi nəşri "Small Wars Journal"da dərc olunmuş məqalədə öz əksini tapıb.

"Süni intellekt bütün kosmik raketlərdən müdafiə layihələrinin vacib hissəsidir. Burada lazerlərdən istifadə edərək döyüş başlıqlarını məhv edə bilən bir şəbəkə qurmaq və ya peykləri kinetik tutucu kimi istifadə etmək nəzərdə tutulur", - deyə müəllif məqalədə bildirib.

Müəllifin fikrincə, belə bir sistem yerüstü raket əleyhinə olan bütün vasitələrdən daha səmərəli və avtomatik sürü koordinasiyası sayəsində hipersəs təhdidlərinə daha sürətlə cavab verə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
2
moderator.az

3Sources