EN

Dünyada yeni epoxa 2014 də başladı

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Tarixin yeni epoxasının başlanğıcını “hər şeyin dəyişdiyi” 2014-cü ildən saymaq olar.

Axar.az xəbər verir ki, bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, 2020 deyil, 2014-cü ildə hər şey dəyişdi.

Peskov Avropadakı hadisələri və Qərbin 2014-cü ildə Ukraynadakı “dövlət çevrilişindəki” rolunu buna misal olaraq xatırladıb.

“Və sonra bizdən qətiyyətli hərəkət tələb edən yeni bir reallıq başladı (Krımın işğalı nəzərdə tutulur - red.). Və prezidentimiz müvafiq qərarı verdi ki, bu da bizdən, deyərdim ki, əvvəllər tərəfdaş hesab etdiyimiz dövlətlərə yanaşmalara konseptual yanaşmalarımızı dəyişdirməyimizi tələb etdi. Bu, maraqlarımızı müdafiə etməkdə daha qətiyyətli olmağımızı tələb etdi və sonradan xüsusi hərbi əməliyyatın başlamasını gətirib çıxardı”, - o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
axar.az

1Sources