Eyyub Hüseynzadənin təşkilatçılığı ilə türkiyəli müğənni Emre Aydın Bakıya gəlib.
Show N1 xəbər verir ki, bu gün paytaxta təşrif buyuran sənətçini hava limanında jurnalistlər və pərəstişkarları qarşılayıblar. Səmimi açıqlama verən ulduz qonaq Bakıda olmaqdan və burada çıxış etməkdən böyük məmnunluq hissi duyduğunu bildirib. O, konsert proqramı üçün xüsusi sürprizlər hazırladığını da vurğulayıb.
Qeyd edək ki, Emre Aydının konserti sabah Bakı Konqres Mərkəzində baş tutacaq. Gecədə sənətçinin sevilən hitlərinin səsləndiriləcəyi gözlənilir.
DOĞRU.AZ

